Ordu.az xəbər verir ki, Yunanıstan Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığı ABŞ rəsmiləri və “Lockheed Martin” nümayəndələri ilə 38 ədəd “F-16 Block 50” döyüş təyyarəsinin “Viper” variantına modernləşdirilməsi proqramı ilə bağlı danışıqlar aparır.
Bu çərçivədə ABŞ rəsmiləri və şirkət nümayəndələri Yunanıstan HHQ-nin qərargahına baş çəkiblər.
Yunanıstanın “Kathimerini” qəzetinin xəbərinə görə, danışıqların bu gün yekunlaşması gözlənilir.
Yunanıstan mətbuatının verdiyi xəbərə görə, danışıqların məqsədi ABŞ-nin bir neçə ay əvvəl göndərdiyi Qəbul Məktubunun (LoA) layihəsini nəzərdən keçirmək və proqramın dəyərini 1 milyard dolların altında saxlamağın yolunu tapmaqdır.
Sevinc Əliyeva
Ordu.az