Yunanıstan mətbuatı: Afinanın Türkiyəyə “Eurofighter” və “Meteor” satışını əngəlləməsi çox çətindir

2025/02/1740728435.jpg
Oxunub: 390     13:39     07 Mart 2025    
Yunanıstan mətbuatında yer alan xəbərlərdə Afinanın səyləri ilə Türkiyəyə “Eurofighter” döyüş təyyarələri və “Meteor” raketlərinin satışının qarşısının alınmasının çox çətin olacağı qeyd edilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Kathimerini” qəzetinin məlumatına görə, Yunanıstanın müdafiə naziri Nikos Dendiasın bu həftənin əvvəlində Böyük Britaniyaya səfəri zamanı Yunanıstanla Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq və Şərqi Aralıq dənizi mövzusu müzakirə edilib.

Məlumata görə, Dendias britaniyalı həmkarı Con Hili ilə görüşündə Türkiyəyə “Meteor” tipli raketlərin satılması ehtimalını da gündəmə gətirib.

Xəbərdə Britaniyanın “Eurofighter” satışında Türkiyə ilə əlaqədə mərkəzi rol oynadığı bildirilib, bu məsələ ilə bağlı razılaşmanın reallaşmasının “Meteor” raketlərinin satışına da yol açacağı qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afina   Türkiyə   Eurofighter   Meteor  


Bizi "telegram"da izləyin