Bloomberg: USAID-in qərargahı Federal Ticarət Komissiyası tərəfindən istifadə ediləcək

2025/02/1740717834.jpg
Oxunub: 533     08:42     28 Fevral 2025    
Federal Ticarət Komissiyasının əməkdaşlarının yaxın aylarda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əvvəllər fəaliyyət göstərdiyi binaya köçəcəyi gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Bu, İlon Maskın nəzarətində olan ABŞ Hökumətin Səmərəliliyi Departamentinin göstərişi əsasında baş tutacaq.

Qeyd olunub ki, Federal Ticarət Komissiyasının qərargahının yerləşdiyi hazırkı binanın icarəsini yeniləməməklə ABŞ hökuməti 11 milyon dollardan çox qənaət edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   USAID  


Bizi "telegram"da izləyin