Estoniya bu il müdafiə xərclərini ÜDM-in təxminən 4%-nə çatdırmağı hədəfləyib

2025/02/smart-1740717250.jpg
Oxunub: 490     08:32     28 Fevral 2025    
2025-ci ildə Estoniyanın müdafiə xərcləri ümumi daxili məhsulun təxminən 4%-nə qədər artacaq.

Ordu.az xəbər verir ki, bunu Estoniya prezidenti Alar Karis Helsinkidə Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşündə deyib.

“Hər ikimiz kollektiv müdafiəyə böyük sərmayə qoyuruq. Ötən il Estoniyanın müdafiə xərcləri ÜDM-in 3,4%-ni təşkil edib. Bu il demək olar ki, 4%-ə çatacağıq. Tezliklə, bəlkə də, 5%-ə doğru hərəkət edəcəyik”, - deyə o bildirib.

Onun sözlərinə görə, 5% sadəcə rəqəm deyil, bu, NATO qoşunlarının saxlanması xərclərinin konkret hesablanmasıdır.

O, müdafiə və təhlükəsizlik sahəsində Finlandiya ilə həm ikitərəfli, həm də NATO müttəfiqləri kimi sıx əməkdaşlığı yüksək qiymətləndirib və transatlantik əlaqələrin həm Avropa İttifaqı, həm də ABŞ üçün əhəmiyyətini və faydalarını vurğulayıb.

Dövlət başçıları həmçinin müdafiə hazırlığının artırılması, enerji təhlükəsizliyi, Baltik dənizində kritik infrastrukturun mühafizəsi və kölgə donanmalarına qarşı tədbirlərlə bağlı problemləri müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Müdafiə-xərc  


Bizi "telegram"da izləyin