Ordu.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 88 yaşlı pontifik günün birinci yarısını müxtəlif tibbi proseduralardan keçir, günortadan sonra 10-cu mərtəbədəki şəxsi iqamətgahının ibadətgahında dualar edir və sonra iş fəaliyyətini davam etdirir.
Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.
Ordu.az