Tramp Zelenski ilə faydalı qazıntıların çıxarılmasına dair sazişi imzalayacağını təsdiqləyib

2025/02/1740594650.jpg
Oxunub: 386     23:34     27 Fevral 2025    
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə Ukraynada nadir torpaq elementləri və digər faydalı qazıntıların çıxarılmasına dair saziş imzalamaq niyyətində olduğunu təsdiqləyib.

Ordu.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu o, Ağ Evdə Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşün əvvəlində deyib.

Prezident Zelenski cümə günü səhər mənim yanıma gələcək və biz hər iki tərəf üçün həqiqətən vacib saziş imzalayacağıq, çünki bu, bizə bu ölkəyə daxil olmağa həqiqətən imkan verəcək. Orada çoxlu insan işləyəcək”, - deyə, o bildirib.

Tramp qeyd edib ki, ABŞ-nin nadir torpaq metallarına böyük ehtiyacı var.

Xatırladaq ki, Vaşinqton və Kiyev Ukraynanın mineral ehtiyatları ilə bağlı müqavilə imzalamaq üzərində işləyirlər və Tramp fevralın əvvəlində buna maraq göstərib.

Zelenski daha əvvəl Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəndin daxil edilməsində israr edərək sənədi imzalamaqdan imtina edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski  


Bizi "telegram"da izləyin