Tramp Zelenski ilə bağlı dediklərini təkzib edib

2025/02/1740595084.jpg
Oxunub: 491     23:17     27 Fevral 2025    
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

Ordu.az-ın xəbərinə görə, mətbuat konfransının mətnini Reuters agentliyi yayıb.

“Mən bunu demişəm? - Vaşinqton administrasiyasının rəhbəri əvvəlki ifadələrini təkzib edib, baxmayaraq ki, müvafiq mətni olan nəşr hələ də Trampın “Truth” sosial şəbəkəsindəki səhifəsindən silinməyib.

Xatırladaq ki, fevralın 19-da Donald Tramp öz səhifəsində Zelenskini kəskin tənqid edib və onu “seçki keçirmək istəməyən diktator” adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski  


Bizi "telegram"da izləyin