Cənubi Koreya ilk “wingman” PUA prototipini təqdim edib

2025/02/1740645842.jpg
Oxunub: 495     11:02     28 Fevral 2025    
Cənubi Koreyanın Müdafiə İnkişaf Etdirmə Agentliyi (ADD) və “Korean Air” “wingman” tipli Pilotsuz Uçuş Aparatı (PUA) konsepsiyası ilə inkişaf etdirilən LOWUS proqramının ilk prototipini təqdim edib.

Ordu.az xəbər verir ki, ADD və “Korean Air” Pusan şəhərindəki “Korean Air” Texnologiya Mərkəzində insanlı-insansız komanda sisteminin əsas platforması kimi inkişaf etdirilən “wingman” konsepsiyasındakı LOWUS (Low Observable Unmanned Wingman System) proqramının ilk prototip PUA-sı üçün təqdimat mərasimi keçirib.

Təqdimat mərasimində Cənubi Koreyanın yerli istehsalı olan “KF-21 Boramae” döyüş təyyarəsi ilə birlikdə “wingman” konsepsiyasına uyğun olaraq ortaq missiyaları yerinə yetirə bilən LOWUS proqramının ilk prototipi təqdim edilib.

Bu kontekstdə yeni PUA-nın Cənubi Koreyanın bir sıra missiyalar üçün yeni insansız texnologiyalar inkişaf etdirməyə çalışması ilə birlikdə inkişaf etdirilən aşağı radara görünmə sahəsinə malik PUA parkının bir hissəsi kimi rol oynayacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   PUA  


Bizi "telegram"da izləyin