İki dəfə təxirə salınan “Indo Defence” sərgisi üçün yeni tarix açıqlandı

2025/02/1740635791.jpg
Oxunub: 680     12:55     28 Fevral 2025    
2024-cü ilin noyabr ayında keçirilməsi planlaşdırılan, lakin ölkədə hökumət dəyişikliyi səbəbindən iki dəfə təxirə salınan İndoneziya Müdafiə Sərgisi “Indo Defence, Indo Aerospace” və “Indo Marine 2024 Expo & Forum” iyunun 11-14-də İndoneziyanın paytaxtı Cakartada “JIExpo” sərgi sahəsində keçiriləcək.

Ordu.az xəbər verir ki, Əbu-Dabidə keçirilən IDEX 2025 sərgisində stend açan və yeni tarixi ilk dəfə Əbu-Dabidə açıqlayan İndoneziya rəsmiləri jurnalistlərə açıqlamalar veriblər.

İndoneziya Müdafiə Nazirliyinin Texnologiya və Müdafiə Sənayesi Komitəsinin sədr müavini S. İsgəndər sərginin iki dəfə təxirə salınmasından mənfi təsirlənən şirkətlərin şikayətlərini yüngülləşdirmək üçün daha geniş və daha sıx iştiraka malik sərginin keçirilməsi məqsədilə çalışdıqlarını və diplomatik trafiklə məşğul olduqlarını bildirib.

İsgəndər daha bir təxirə salınmanın gözlənilmədiyini və sərginin iyun ayında əvvəlki illərdən daha güclü ruhla keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, İndoneziya Müdafiə Nazirliyi tərəfindən iki ildən bir təşkil edilən sərgi sektorun regional və qlobal səviyyədə ən mühüm görüş nöqtələrindən biri kimi seçilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   MN   Indo-Defence  


Bizi "telegram"da izləyin