ABŞ Kosmik Qüvvələri “Dəmir Günbəz”də “mərkəzi rol” oynayacaq

2025/02/1740551818.jpg
Oxunub: 439     11:28     28 Fevral 2025    
Yanvarın sonlarında ABŞ prezidenti Donald Tramp Müdafiə Nazirliyini hipersəs silahları da daxil olmaqla, bir sıra raket təhdidlərinə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş İsrailin “Dəmir Günbəz”inin daha təkmil versiyası olan “ABŞ üçün Dəmir Günbəz” hazırlamağa çağıran bir fərman verib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.

ABŞ Kosmik Qüvvələrinin yüksək səviyyəli rəsmisinin sözlərinə görə, ABŞ Kosmik Qüvvələri Pentaqonun ABŞ üçün raketdən müdafiə qalxanı və ya “Dəmir Günbəz” yaratmaq səylərində “mərkəzi rol” oynayacaq.

Kosmik Əməliyyatlar İdarəsinin rəisi general Şans Saltzman jurnalistlərə verdiyi açıqlamada bildirib ki, fərmanın kosmik sistemlərə verdiyi əhəmiyyət nəzərə alınsa, xidmətin onun inkişaf etdirilməsində əsas rol oynaması təbiidir.

Saltzman qeyd edib ki, xidmət sifarişə cavab olaraq variantları araşdırmaq üçün inteqrasiya olunmuş planlaşdırma qrupu və ya IPT yaradıb.

“Düşünürəm ki, bizim əsas rolumuz var. Bu məsələyə inklüziv perspektivdən baxmağa başlamaq üçün bu texniki IPT-nin yaradılması istiqamətində irəliləyirik”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Dəmir-Günbəz  


Bizi "telegram"da izləyin