Ordu.az xəbər verir ki, Yunanıstan hökuməti fiskal intizamı qorumaqla, əlavə fiskal məkan yaratmağı hədəfləyir.
Milli iqtisadiyyat və maliyyə naziri Kostis Hatzidakis açıqlamasında bildirib ki, Yunanıstan Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin mövqeyini prinsipcə dəstəkləyir.
“Bu qaçış bəndi müdafiə xərcləri Ümumi Daxili Məhsulun (ÜDM) yalnız 0,5%-i və ya 1%-i olan ölkələrlə məhdudlaşmamalı və onları NATO-nun xərcləmə limitinə gətirməlidir”, - deyə Hatzidakis qeyd edib.
Bildirilib ki, Brüsseldə davam edən danışıqlarda müdafiə xərclərinin NATO-nun müəyyən etdiyi ÜDM-in ən azı 2%-nə çatana qədər yeni Sabitlik Paktı üzrə xərc limitindən azad edilməsi təklifi gündəmdədir. Ancaq hazırda ÜDM-nin təxminən 3%-ni müdafiəyə xərcləyən Yunanıstan bu tənzimləmədən birbaşa üstünlük əldə etmir.
Sevinc Əliyeva
Ordu.az