“Türksat” üçün nəhəng məlumat mərkəzi qurulacaq

2025/02/sasas-1740464085.jpg
Oxunub: 491     14:13     28 Fevral 2025    
“Türksat” üçün nəhəng məlumat mərkəzi qurulacaq.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Uraloğlu Türkiyənin rəqəmsal transformasiyasında mühüm rol oynayan “Türksat” tərəfindən planlaşdırılan Gölbaşı Məlumat Mərkəzinin “Türksat”ın məlumat və bulud texnologiyası ehtiyaclarını qarşılamaq üçün 28.500 kvadratmetrlik nəhəng sahədə həyata keçiriləcəyini qeyd edib.

Nazir “Türksat”ın məlumat mərkəzi tutumunu 8 dəfədən çox artıracaq Gölbaşı Məlumat Mərkəzi və e-Dövlət Qapısı başda olmaqla, bütün məlumat və bulud xidmətlərinə olan ehtiyacları yerli proqram təminatı ilə qarşılayacaqlarını ifadə edib.

Uraloğlu Türkiyənin rəqəmsal infrastrukturunu, xüsusən də dövlət Qapısını quran “Türksat”ın yeni bir layihə həyata keçirəcəyini açıqlayıb.

O, Ankarada qurulacaq Gölbaşı Məlumat Mərkəzi sayəsində kritik məlumatlara sahib olan qurumların iş davamlılığını təmin etmək üçün bütün məlumat və bulud xidməti ehtiyaclarını yerli proqram təminatı ilə qarşılayacaqlarını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türksat   Türkiyə  


Bizi "telegram"da izləyin