İsrail yeni antidron müdafiə sistemlərini sınaqdan keçirir

2025/02/1740460193.jpg
Oxunub: 574     13:34     28 Fevral 2025    
İsrail Müdafiə Nazirliyinin Müdafiə Araşdırma və İnkişaf Etdirmə İdarəsi (DRD) yeni antidron müdafiə sistemləri üzərində bir sıra sınaqları tamamladığını açıqlayıb.

Ordu.az “ Times of Israel”ə istinadən xəbər verir ki, silah istehsalçıları “Elbit Systems”, “Israel Aerospace Industries” (IAI), “Rafael” və 6 kiçik şirkət oktyabr ayında ilk sınaqları və bu yaxınlarda keçirilən son sınaq ilə Pilotsuz Uçuş Aparatı (PUA) təhlükəsinə qarşı fərqli həll yolları təklif edib.

Sınaqlardan uğurla keçən sistemlər Müdafiə Nazirliyinin tam maliyyəsi ilə inkişaf etdirilməyə davam edəcək.

Ötən günlərdə İsrailin cənubundakı poliqonda keçirilən son sınaqlar zamanı 9 şirkətin hər biri müxtəlif mənzil, sürət və hündürlükdə olan PUA-ları ələ keçirmə imkanlarını nümayiş etdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Antidron  


Bizi "telegram"da izləyin