“Rheinmetall” baş direktoru: “Avropanın silah anbarları boşdur”

2025/02/1740212324.jpg
Oxunub: 483     10:27     28 Fevral 2025    
Avropanın aparıcı silah istehsalçılarından biri olan “Rheinmetall” şirkətinin baş direktoru Armin Papperger “Financial Times”a müsahibəsində Avropanın müdafiə sektorundakı vəziyyətlə bağlı mühüm açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Papperger ABŞ prezidenti Donald Trampın Rusiya ilə danışıqlarında Avropanı mərkəzi mövqedə görmədiyini düşündüyünü bildirib.

“Əgər müdafiəyə sərmayə qoymasanız və güclü olmasanız, sizə uşaq kimi yanaşacaqlar”, - deyə “Rheinmetall” baş direktoru qeyd edib.

O bəyan edib ki, Avropanın indiki mövqeyinə görə Avropanın yürütdüyü siyasət cavabdehdir.

Papperger Avropa ölkələrinin son 30 ildə ümumi milli məhsullarının cəmi 1 faizini müdafiəyə yatırdıqlarını və bu vəziyyətin avropalılar üçün qəribə olmadığını bildirib.

“Rheinmetall” baş direktoru vəziyyətin çətinliyini daha aydın bir cümlə ilə ifadə edərək deyib: “Avropanın silah anbarları boşdur”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rheinmetall   Avropa   Silah  


Bizi "telegram"da izləyin