“Çukurova Savunma” bir Avropa ölkəsinə sursat yeşikləri ixrac edib

2025/02/1740043194.jpg
Oxunub: 492     17:01     28 Fevral 2025    
Türkiyənin müdafiə sənayesi şirkətlərindən “Çukurova Savunma” UNPACK markası ilə bir Avropa ölkəsinə sursat yeşikləri ixrac edib.

Ordu.az xəbər verir ki, bu ixrac çərçivəsində minaatan sursatlarının təhlükəsiz saxlanması və daşınması üçün xüsusi hazırlanmış sursat yeşikləri təhvil veriləcək.

Məlumata görə, ixrac edilən sursat yeşikləri 81 mm və 120 mm çaplı minaatan sursatlarının hərbi standartlara uyğun saxlanması və daşınması məqsədilə istehsal edilib.

“Çukurova Savunma” sözügedən Avropa ölkəsinə çatdırılma fəaliyyətini 2025-ci ildə tamamlamağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çukurova-Savunma   Türkiyə  


Bizi "telegram"da izləyin