Ordu.az xəbər verir ki, “CNN Greece”də yer alan təhlildə bu razılaşmanın Avropa müdafiə sənayesinə təsiri və Türkiyənin hərbi potensialını gücləndirmək potensialı ilə bağlı ciddi risklər daşıdığı qeyd edilir.
2024-cü ilin dekabrında İtaliya hökuməti tərəfindən təsdiqlənən müqavilə “Piaggio Aerospace”in “Baykar”a satışını rəsmiləşdirib.
İtaliyanın sənaye naziri Adolfo Urso müqavilənin şirkətin yenidən qurulmasını, işçilər və tədarük zəncirinin təhlükəsizliyini təmin etdiyini deyib.
Bununla belə, Yunanıstan mediası bu satınalmanın təkcə iqtisadi qərar olmadığını, həm də Türkiyənin Avropa aviasiya sektoruna çıxışını genişləndirən strateji bir addım olduğunu vurğulayır.
Yunanıstanda dərc olunan təhlillər göstərir ki, “Baykar”ın “Piaggio Aerospace” şirkətini alması Türkiyənin müdafiə sənayesinin gücləndirilməsi prosesində kritik bir addımdır.
Sevinc Əliyeva
Ordu.az