Yunanıstan “Mirage” döyüş təyyarələrini sata bilmir

2025/02/2025--1739956317.jpg
Oxunub: 550     18:51     27 Fevral 2025    
Fransa Yunanıstandan “Mirage 2000-5” döyüş təyyarələri almaqdan imtina edib.

Ordu.az xəbər verir ki, Fransa Yunanıstan Hərbi Hava Qüvvələri üçün əlavə “Rafale” döyüş təyyarələrinin alınmasını maliyyələşdirmək məqsədilə Yunanıstanın inventarından 24 ədəd “Mirage 2000-5” döyüş təyyarəsi almağı planlaşdırırdı.

Lakin Fransa bu təyyarələri almaqdan imtina etdiyi üçün Yunanıstan təyyarələri satmaqda çətinliklərlə üzləşib.

Yunanıstanın “Kathimerini” nəşrinin məlumatına görə, Hindistan başda olmaqla, potensial alıcılarla əvvəlki danışıqlara baxmayaraq, bu döyüş təyyarələrinin alınmasına ciddi maraq olmayıb.

Məlumata görə, son hesabatlar Ukraynanın təyyarəni almaqda maraqlı olduğunu, lakin Yunanıstanın sövdələşməni davam etdirməməyi üstün tutduğunu göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Mirage   Fransa  


Bizi "telegram"da izləyin