Putin Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında Trampla razılaşıb

2025/01/1737737760.jpg
Oxunub: 419     07:45     14 Fevral 2025    
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın siyasi və diplomatik yollarla sülhə nail olmağın zəruriliyi ilə bağlı tezisini dəstəkləyib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Onlar Ukrayna münaqişəsinin həlli olduğunu dedilər. Bu, əsas mövzulardan biridir. Onlar bu haqda danışıblar və razılaşıblar ki, hətta ən çətin problemlərin də sülh danışıqları yolu ilə həllinə ehtiyac var. Belə olan halda, prezident Putin prezident Trampın bu tezisi ilə razılaşdı", - Peskov bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ukrayna  


Bizi "telegram"da izləyin