Paşinyanın seçki qərargahının rəhbəri: “Dünənə olan məlumata görə 200 nəfər saxlanılıb”

2026/06/1780837177.jpg
Oxunub: 241     16:59     07 İyun 2026    
“Seçki qanunvericiliyinin pozulması ilə bağlı onlarla iş açılıb və 200 nəfər saxlanılıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki qərargahının rəhbəri Arayik Harutyunyan iyunun 7-də jurnalistlərlə görüşdə deyib.

Onun sözlərinə görə, “sükut günü” qaydalarının pozulması ilə bağlı bir neçə proses başlanıb, çoxsaylı paylaşımlar araşdırılıb və onlarla iş qaldırılıb.

“Dünənə olan məlumata görə 200 nəfər saxlanılıb”, - deyə o bildirib.

Harutyunyan hüquq-mühafizə orqanlarının bütün pozuntulara yalnız son günlərdə reaksiya verdiyi barədə iddiaları yalan adlandırıb.

Onun fikrincə, bəzi siyasi qüvvələr bu cür açıqlamalar verməklə seçkilərdəki mümkün məğlubiyyətlərini əsaslandırmağa çalışırlar.

“Bəzi siyasi qüvvələr və jurnalistlər süni ajiotaj yaradırlar. Siqnalların böyük hissəsinin faktiki əsası yoxdur. Faktların olduğu bütün hallarda həm biz, həm də hüquq-mühafizə orqanları reaksiya veririk”, - deyə Harutyunyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Harutyunyan  


Bizi "telegram"da izləyin