Ermənistan müdafiə naziri səs verib: “Sülh naminə səs vermişəm”

2026/06/1780827549.jpg
Oxunub: 225     14:19     07 İyun 2026    
Ermənistanın müdafiə naziri Suren Papikyan həyat yoldaşı ilə birlikdə seçki məntəqəsinə gələrək parlament seçkilərində səs verib.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Papikyan səsvermədən sonra jurnalistlərə açıqlamasında yekun və davamlı sülh naminə səs verdiyini bildirib.

“Ordumuzun hərbçilərinin dinc Ermənistanda xidmət etməsi üçün səs vermişəm”, - deyə nazir qeyd edib.

Xaricdən Ermənistana gələn kişi vətəndaşlara bu günlərdə hərbi toplanışlarla bağlı çağırış vərəqələrinin verilməsi məsələsinə münasibət bildirən Papikyan bunun qanuni tələb olduğunu deyib.

Onun sözlərinə görə, vətəndaşların hüquqları olduğu kimi, öhdəlikləri də var.

Çağırış vərəqələrinin onun, yoxsa Nikol Paşinyanın göstərişi ilə paylanması barədə suala cavab verən Papikyan bildirib ki, hər ikisi hazırda məzuniyyətdədir.

Qeyd edək ki, məlumatlara görə, çağırış vərəqələri Ermənistan Baş Qərargah rəisinin əmri əsasında hərbi polis əməkdaşları tərəfindən paylanıb. Bunun qanunvericiliyin tələblərinə uyğun olub-olmaması ilə bağlı müxtəlif iddialar səsləndirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papikyan   Seçki  


Bizi "telegram"da izləyin