Ordu.az xəbər verir ki, bu barədə Köçəryan səsvermədən sonra jurnalistlərlə söhbətində danışıb.
Onun sözlərinə görə, söhbət milli, müdafiə olunan, təhlükəsiz və firavan Ermənistandan gedir.
Köçəryan müxalifətin qələbə şanslarını yüksək qiymətləndirdiyini və blokun proqramının köklü dəyişikliklər nəzərdə tutduğunu bildirib.
Əvvəlki parlamentdə müxalifətin fəaliyyətsizliyi ilə bağlı tənqidlərə cavab verən erməni siyasətçi qeyd edib ki, blokun kifayət qədər mandatı olmayıb. Bununla belə, onun sözlərinə görə, məhz “Hayastan” bloku ən sərt müxalif mövqedən çıxış edən siyasi qüvvə olub.
“Mən dəyişikliklər, yaxşı dəyişikliklər gözləyirəm. Nikol Paşinyanın çox uzun müddət həbsdə oturma vaxtı çatıb”, - deyə Köçəryan vurğulayıb.
O qeyd edib ki, itkilər silsiləsinin, prinsiplərdən geri çəkilmənin və suverenliyin itirilməsinin qarşısı alınmalıdır.
Alpər Mövludoğlu
Ordu.az