Ordu.az xəbər verir ki, bu barədə Overçuk “İnterfaks” agentliyinə müsahibəsində danışıb.
“Biz bunu Ermənistana daim demişik və bu söhbətlər bir il deyil, daha uzun müddətdir aparılır. Təbii ki, bütün bunlar qapalı formatda baş verib, çünki bunu ictimailəşdirmək istəmirdik”, - deyə o bildirib.
Overçukun sözlərinə görə, Avropa İttifaqı artıq əvvəlki iqtisadi inteqrasiya qurumu deyil.
“Bu gün bu, faktiki olaraq hərbi-siyasi birliyə çevrilmiş və ölkəmizə qarşı düşmən münasibətini açıq şəkildə bəyan edən bir qurumdur”, - deyə Rusiya rəsmisi vurğulayıb.
O əlavə edib ki, Moskva bu məsələyə erməni tərəfdaşlarının, dostlarının və müttəfiqlərinin diqqətini çəkməyə davam edir.
“Biz onların nə etdikləri barədə düşünmələrini istəyirik”, - deyə Overçuk bildirib.
Alpər Mövludoğlu
Ordu.az