Paşinyan: “Ermənistan hələlik Aİ-yə namizəd statusu almağa hazır deyil”

2026/03/1773688082.jpg
Oxunub: 223     11:25     07 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hazırda Avropa İttifaqına üzvlük üçün namizəd statusu almağa hazır olmadığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə o, yerli televiziya kanalları vasitəsilə yayımlanan brifinqdə danışıb.

Paşinyanın sözlərinə görə, referendum yalnız konkret əsas olduqda keçirilə bilər, bu əsas isə Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət və ya namizəd statusunun əldə edilməsi ola bilər.

“Ermənistan ən azı Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı rəsmi müraciət etməli və ya namizəd statusuna malik olmalıdır. Hazırda bunların heç biri yoxdur, çünki biz obyektiv olaraq buna hazır deyilik”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, ölkənin bu istiqamətdə irəliləməsi üçün islahatlara ehtiyac var. Bununla yanaşı, Paşinyan Ermənistanın islahatlar prosesini sürətləndirmək niyyətində olduğunu vurğulayıb.

Paşinyan həmçinin qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyindəki üzvlüyünə xitam verilə bilməz. Onun sözlərinə görə, birlik daxilində qərarlar konsensus əsasında qəbul edilir və Ermənistan veto hüququna malikdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan    


Bizi "telegram"da izləyin