Köçəryan Paşinyanla Zelenskini müqayisə edib: “Öz ölkələrinin maraqlarına qarşı utanmaz münasibət göstərən avantüristlərdir”

2026/06/1780823285.jpg
Oxunub: 266     13:07     07 İyun 2026    
Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan ölkənin Baş naziri Nikol Paşinyanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında müqayisə aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Köçəryan parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Paşinyanın seçkilərdə qalib gələcəyi halda Zelenskinin müttəfiqinə çevrilə biləcəyi ilə bağlı suala cavabında Köçəryan belə bir ehtimalı az ehtimal olunan hesab edib.

“Mən düşünmürəm ki, o, hərbi müttəfiqə çevrilə bilər. Amma müqayisə çox yerinə düşür. Onlar bir-birinə çox bənzəyirlər, öz ölkələrinin maraqlarına qarşı utanmaz münasibət göstərən avantüristlərdir”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Paşinyan   Zelenski  


Bizi "telegram"da izləyin