Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
Vilayəti bildirib ki, uzunmüddətli sabitlik rəqiblə kompromislər hesabına deyil, qüvvələr balansı vasitəsilə əldə olunur.
“Qərb analitiklərinin İranın güclənməsi ilə bağlı narahatlıqları reallığa çevrilib. Beynəlxalq sistem yeni güc coğrafiyası formalaşdırır. Davamlı sülh qəhrəmancasına müqavimətin zəiflədilməsi üzərində qurulmur. Diplomatik sadəlövhlük ağır bədəl tələb edir. Davamlı sülh təminatsız vədlərin ilğımlarından deyil, qüvvələr balansı daxilində yaranır”, - deyə o vurğulayıb.
Vilayətinin sözlərinə görə, Qərb mediasında Hörmüz boğazı ilə bağlı mümkün müvəqqəti razılaşmanın zərurətinə dair yayılan məlumatlar İrana qarşı təzyiq strategiyasının uğursuzluğa düçar olduğunu göstərir.
O iddia edib ki, bu vəziyyət “müqavimət cəbhəsi”nin mövqelərinin daha da möhkəmləndiyini nümayiş etdirir.
Sevinc Əliyeva
Ordu.az