MOSSAD-ın yeni rəhbəri ilk həftəsində müavinini vəzifədən uzaqlaşdırıb

2026/06/1780809297.jpg
Oxunub: 204     09:12     07 İyun 2026    
İsrailin xarici kəşfiyyat xidməti olan MOSSAD-ın yeni rəhbəri Roman Hofman vəzifəsinin icrasına başladıqdan cəmi bir neçə gün sonra direktor müavinini vəzifədən uzaqlaşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.

Məlumata görə, yalnız “A.” baş hərfi ilə tanınan direktor müavini təşkilatda 22 illik fəaliyyətini başa vuraraq vəzifəsini tərk edib.

İsrail Baş nazirinin Ofisinin yaydığı açıqlamada bildirilib ki, MOSSAD rəhbərliyi “A.”ya uzun illər davam edən operativ xidməti və İsrail dövlətinin təhlükəsizliyinin təmin edilməsinə verdiyi mühüm töhfələrə görə dərin minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Roman Hofman bu həftə İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən MOSSAD-ın rəhbəri vəzifəsinə təyin olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MOSSAD   İsrail  


Bizi "telegram"da izləyin