Ermənistanın sabiq müdafiə naziri: “Ölkənin təhlükəsizliyi naminə səs vermişəm”

2026/06/1780819236.jpg
Oxunub: 223     11:54     07 İyun 2026    
Ermənistanın sabiq müdafiə naziri, İslahatçılar Partiyasının baş nazirliyə namizədi Vağarşak Harutyunyan Ermənistanın təhlükəsizliyi və inkişafı naminə səs verdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə o, iyunun 7-də səs verdikdən sonra açıqlama verib.

“Təhlükəsizlik və ölkənin inkişafı vacibdir, nəticələrin necə olmasından asılı olmayaraq. Milli Məclisimiz milli maraqları rəhbər tutmalıdır”, - deyə Harutyunyan jurnalistlərə bildirib.

Qeyd edək ki, İslahatçılar Partiyası bu seçkilərdə “Təhlükəsizlik və inkişaf” rəsmi şüarı ilə iştirak edir.

Xatırladaq ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Seçkilərdə 18 siyasi qüvvə (2 blok və 16) partiya iştirak edir. Səsvermə hüququna malik vətəndaşların sayı 2 milyon 485 min 851 nəfərdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Harutyunyan  


Bizi "telegram"da izləyin