Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Kommersant” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sözügedən sənəd müəyyən edilmiş xidməti prosedur qaydasında Putinin diqqətinə çatdırılıb.
“Əgər məktub çatdırmaq istəyirsənsə, çatdır. Əgər meqafondan istifadə edirsənsə, buna məktub demə”, - deyə Peskov “Vesti” xəbər xidmətinin jurnalisti Pavel Zarubinlə söhbətində bildirib.
Xatırladaq ki, iyunun 4-də Ukrayna Prezidenti öz rəsmi saytında Rusiya Prezidentinə ünvanlanmış açıq məktub dərc etmişdi. Zelenski məktubunda Putinlə görüş keçirməyi təklif etmiş, eyni zamanda Rusiya liderinin ünvanına bir sıra ittihamlar səsləndirmişdi.
Daha sonra Putin hələlik şəxsi görüş keçirməyin mənasını görmədiyini bildirmişdi. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə sonradan Zelenskinin məktubunun “bir neçə səhifə kobud ifadələrdən ibarət olduğunu” söyləmişdi.
Sevinc Əliyeva
Ordu.az