Bu barədə
Ordu.az-a Azərbaycanın İqtisadiyyat Nazirliyindən bildirilib.
Sessiyada EBRD-in 2025-ci il üzrə illik icmalı, 2026-2030-cu illər üçün strateji və kapital çərçivəsi, 2023-cü il kapital artımı üzrə öhdəliklərin icrasına dair hesabat, strategiyanın icra planı, eləcə də Bankın institusional fəaliyyəti və maliyyə hesabatları müzakirə olunub.
Tədbirdə EBRD-in gələcək fəaliyyət prioritetləri, dayanıqlı iqtisadi artımın təşviqi, yaşıl və rəqəmsal transformasiya, özəl sektorun inkişafı, iqtisadi dayanıqlılığın gücləndirilməsi, insan kapitalına investisiyalar və regional əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
E.Əliyev plenar sessiyada "Münaqişələrin təsirinə məruz qalan iqtisadiyyatların dəstəklənməsində AYİB-in rolu" mövzusunda keçirilən dəyirmi masada çıxış edib. Münaqişələrin iqtisadiyyata, investisiyalara və regional əlaqələrə təsiri vurğulanıb, bərpa prosesinin yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmadığı, həmçinin iqtisadi fəallığın canlandırılması, özəl sektorun dəstəklənməsi və uzunmüddətli dayanıqlılığın təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və reinteqrasiya prosesi, infrastrukturun inkişafı, məşğulluğun artırılması, kiçik və orta biznesin təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyət nəzərə çatdırılıb. AYİB-in özəl investisiyaların cəlbi, idarəetmənin təkmilləşdirilməsi, enerji təhlükəsizliyi və bağlantı layihələrinin dəstəklənməsi vasitəsilə münaqişələrdən təsirlənən iqtisadiyyatların inkişafına mühüm töhfə verə biləcəyi bildirilib.
Ordu.az