Ermənistanın Gümrü şəhərində səhər saatlarından etibarən axtarışlar və saxlanılmalar aparılır

2026/02/1771614716.jpg
Oxunub: 230     09:15     07 İyun 2026    
Ermənistanın Gümrü şəhərində səhər saatlarından etibarən bir sıra axtarış və saxlanılma əməliyyatlarının keçirildiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Oragir.News” saytı məlumat yayıb.

Məlumata görə, “Hayastan” blokunun qərargahında səhər saat 05:00-da başlayan axtarışlar zamanı deputatlığa namizəd Hasmik Sahradyan saxlanılıb.

Saytın iddiasına əsasən, Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni hüquq müdafiəçisi Karapet Poğosyanın mənzilində də axtarış aparır.

Bundan başqa, “Güclü Ermənistan” hərəkatının qərargahlarında da axtarış tədbirlərinin həyata keçirildiyi qeyd olunur.

Məlumatda bir neçə nəfərin saxlanıldığı bildirilsə də, onların kimliyi və saxlanılma səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gümrü  


Bizi "telegram"da izləyin