ABŞ-da məhkəmə Maskın departamentinin Maliyyə Nazirliyinin sənədlərinə girişini bloklayıb

2024/06/AP221-1718610286.jpg
Oxunub: 482     11:14     09 Fevral 2025    
Elon Maskın rəhbərlik etdiyi Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamentinin Maliyyə Nazirliyinin milyonlarla amerikalının konfidensial şəxsi məlumatlarının, sosial sığorta nömrələrinin və bank hesablarının yer aldığı sənədlərinə girişi bloklanıb.

Ordu.az-ın xəbərinə görə, Nyu-York Federal Məhkəməsi bu gün səhər belə qərar qəbul edib.

Hakim Pol Enqelmayer 19 demokrat prokurorun məhkəməyə müraciətindən sonra belə ilkin qərar verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   ABŞ  


Bizi "telegram"da izləyin