Husilər İsrailin Müdafiə Nazirliyinin binasını vurduqlarını iddia ediblər

2025/01/1737218927.jpg
Oxunub: 661     20:47     18 Yanvar 2025    
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının üzvləri ballistik raketlə İsrailin Təl-Əvivdə yerləşən Müdafiə Nazirliyinin binasına hücum edib.

Ordu.az xəbər verir ki, bu açıqlama ilə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya çıxış edib.

"Artilleriya qüvvələri Yaffa bölgəsində (Təl-Əviv) İsrailin müdafiə nazirliyinə “Zülfikar” ballistik raketi ilə zərbələr endirib", - deyə Səriyə bildirib.

Husilərin nəzarətində olan “Al Masirah” telekanalının verdiyi məlumata görə, raket hədəfi yüksək dəqiqliklə vurub və İsrailin hava hücumundan müdafiə sistemləri onu saxlaya bilməyib.

İsrail ordusunun mətbuat xidməti isə bu gün gün ərzində Yəməndən atılan iki raketi ələ keçirdiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   İsrail  


Bizi "telegram"da izləyin