İsrail Ordusu Yəməndən gün ərzində atılmış ikinci raketi vurub

2024/09/66e6c-1726403009.jpg
Oxunub: 515     18:40     18 Yanvar 2025    
İsrail ordusu Yəməndən gün ərzində atılmış ikinci raketi vurub.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, raket təhlükəsi ilə əlaqədar Qırmızı dəniz sahilində yerləşən Eylat şəhəri və ölkənin cənubundakı Arava vadisinin bəzi ərazilərində hava xəbərdarlığı edilib.

Ordunun mətbuat xidməti raketin İsrailin hava sərhədindən kənarda vurulduğunu bildirib. Həlak olan və ya dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, bu, Yəməndən İsrailə doğru səhər saatlarında da raket atılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Yəmən  


Bizi "telegram"da izləyin