Braziliya Türkiyə şirkəti ilə pulemyot istehsalına dair razılığa gəlib

2025/01/1737188881.jpg
Oxunub: 755     20:26     18 Yanvar 2025    
Braziliya Türkiyə şirkəti ilə pulemyot istehsalına dair müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, Türkiyənin atıcı silah şirkəti “Samsun Yurt Savunma Sanayi ve Ticaret” Braziliya ordusuna 3,1 milyon ABŞ dolları dəyərində 200 ədəd M2HB Sürətlə Dəyişdirilə Bilən Lülə (QCB) 12.7×99 mm NATO standartı ağır pulemyot tədarük etmək üçün seçilib.

Braziliya ordusundakı mənbə “Janes” nəşrinə bildirib ki, pulemyotlar üçün hələ “Canik Arms” kimi tanınan şirkətlə müqavilə imzalanmayıb.

Bu, Türkiyənin müdafiə şirkətinin Braziliyada ilk böyük işi ola bilər.

“Janes” qeyd edib ki, Logistika Komandanlığından bir komandanın 2025-ci ilin martında şirkətə texniki səfəri planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   Türkiyə  


Bizi "telegram"da izləyin