Rusiyanın S-400 HHM sistemi Fransanın “Atlantique 2” təyyarəsinə qarşı radar kilidi qurub

2025/01/1737187839.jpg
Oxunub: 507     14:08     18 Yanvar 2025    
Rusiyanın S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemi Fransanın “Atlantique 2” təyyarəsinə qarşı radar kilidi qurub.

Ordu.az xəbər verir ki, 2025-ci il yanvarın 15-dən 16-na keçən gecə Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus “Atlantique 2” tipli dəniz patrul təyyarəsi NATO missiyaları çərçivəsində Baltik dənizində keçirilən əməliyyat zamanı Rusiyanın S-400 HHM sistemi tərəfindən radar kilidinə məruz qalıb.

Fransanın müdafiə naziri Sebastyan Lekornü “X”də etdiyi paylaşımda bu hadisəni pisləyib və bunu “beynəlxalq normalara zidd olan aqressiv davranış” kimi qiymətləndirib.

Qeyd edək ki, Baltik dənizi Rusiya ilə Qərb arasında strateji maraqların tez-tez toqquşduğu region kimi seçilir. NATO-nun bu bölgədə keçirdiyi patrul əməliyyatları dəniz təhlükəsizliyini təmin etmək və infrastrukturu qorumaq məqsədi daşıyır.

Sualtı telekommunikasiya və enerji xətlərinin şübhəli təxribatı ilə bağlı son hadisələr bu fəaliyyətlərin intensivləşməsinə səbəb olub.

“Army Recognition” nəşrinin məlumatına görə, “Atlantique 2” İsveç və Baltik ərazi sularına yaxın ərazilərdə 200-dən çox gəmini yoxlayıb və heç bir şübhəli fəaliyyət aşkar etməyib. Lakin hadisə zamanı təyyarəni hədəfə alan radarın Rusiyanın Kalininqrad vilayətində yerləşdirilən S-400 batareyalarından edildiyi düşünülür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   S-400   HHM  


Bizi "telegram"da izləyin