Ordu.az “India Today” qəzetinə istinadən xəbər verir ki, Maharaştra ştatının Mumbay şəhərində yerləşən, Hindistan HDQ-yə məxsus olan gəmiqayırma zavodunda 3 yeni döyüş gəmisi suya buraxılıb.
Gəmiqayırma zavodunda keçirilən mərasimdə INS “Vaghsheer” ovçu sualtı qayığı, INS “Surat” idarə olunan raket esminesi və INS “Nilgiri” stels tipli freqatının HDQ-yə daxil edildiyi açıqlanıb.
Mərasimdə çıxış edən Hindistanın Baş naziri Narendra Modi ölkəsinin dünyada böyük dəniz gücünə çevrildiyini vurğulayıb.
“Bu gün Hindistan bütün dünyada, xüsusilə Qlobal Cənubda etibarlı və məsuliyyətli tərəfdaş kimi tanınır. Hindistan ekspansionizm deyil, inkişaf ruhunda işləyir. Hindistan həmişə açıq, təhlükəsiz, əhatəli və çiçəklənən Hind-Sakit okean regionunu dəstəkləyib”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az