Böyük Britaniya Ukraynaya yeni “Gravehawk” HHM sistemi təhvil verəcək - YENİLƏNİB

2025/01/Ekran-1737050768.jpg
Oxunub: 720     21:52     16 Yanvar 2025    
Böyük Britaniya Ukraynaya yeni “Gravehawk” hava hücumundan müdafiə sistemi təhvil verəcək

Ordu.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Key Starmer prezident Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransı zamanı deyib.

Baş nazir bildirib ki, bu il Böyük Britaniya Ukraynaya əvvəlkindən daha çox hərbi yardım göstərəcək.

Böyük Britaniya Ukraynaya 150 artilleriya qurğusu və yeni mobil hava hücumundan müdafiə sistemi təhvil verəcək.

Qeyd edək ki, dekabrda Böyük Britaniyanın müdafiə naziri Lyuk Pollard Ukraynanın onlardan artıq 12,8 milyard funt sterlinq yardım aldığını bildirib.

Böyük Britaniyanın xarici işlər üzrə dövlət katibi Devid Lemmi isə açıqlaması zamanı ölkəsinin Ukrayna ordusuna yardım üçün hər il üç milyard funt sterlinq ayıracağını bildirmişdi.

***

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya yeni hava hücumundan müdafiə sisteminin veriləcəyini elan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin