Yaponiya NATO yanında daimi nümayəndəlik açıb

2024/07/1720848592.jpg
Oxunub: 542     15:05     16 Yanvar 2025    
Yaponiya NATO yanında ayrıca daimi nümayəndəlik açıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əvvəllər nümayəndəliyin funksiyalarını Yaponiyanın Belçikadakı səfirliyi yerinə yetirirdi.

"Yaponiya və NATO fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşlardır. Yaponiya ilə NATO arasındakı münasibətlər son illərdə inkişaf edib", - nazirliyin məlumatında bildirilib.

Alyans yanında daimi nümayəndə vəzifəsinə Seneqaldakı keçmiş səfir Osamu İzava təyin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   NATO  


Bizi "telegram"da izləyin