“Kaan” layihəsinin birinci hissəsinin səth prosesi başa çatıb

2025/01/17369-1737024018.jpg
Oxunub: 573     14:52     16 Yanvar 2025    
Türkiyənin “Küçükpazarlı Havacılık ve Uzay (KPA)” şirkəti Milli Döyüş Təyyarəsi (Kaan) layihəsinin birinci hissəsinin səth prosesini tamamlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bir müddət əvvəl istifadəyə verilən KPA Səth Proses Müəssisəsində Milli Döyüş Təyyarəsi “Kaan” üçün şirkət tərəfindən istehsal edilən ilk hissə mərasimlə TUSAŞ-a təhvil verilib.

Təhvil-təslim mərasimində KPA baş direktoru Sefa Küçükpazarlı və KPA CEO-su Taha Küçükpazarlı, TUSAŞ-ın aviasiya strukturları üzrə baş direktor müavini Fahrettin Öztürk, tədarük zənciri direktoru Fatih Uysal, iş transferi, keyfiyyət və istehsal mühəndisliyi meneceri Serkan Yalız, sənayeləşmə əməliyyatları meneceri Emrah Ekri, tədarük zənciri meneceri Hamdi Efe Evcioğlu iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaan   Türkiyə  


Bizi "telegram"da izləyin