Ordu.az xəbər verir ki, Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlər öz bəhrəsini verməkdə davam edir.
Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən biri olan ROKETSAN tərəfindən milli imkanlarla inkişaf etdirilən “Çakır” qanadlı raketi və “Sungur” HHM raketi ilk dəfə ixrac edilərək, əhəmiyyətli bir uğura imza atıb.
Bu inkişaf Türkiyənin müdafiə sənayesi sahəsindəki imkanlarını beynəlxalq platformada bir daha sübut edib.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) binasında 2024-cü ilin ixrac rəqəmləri və 2025-ci il hədəfləri ilə bağlı mətbuat konfransında açıqlama verən MSK sədri Haluk Görgün qeyd edib: “Çakır” və “Sungur” raketlərimiz ilk dəfə ixrac edildi”.
Sevinc Əliyeva
Ordu.az