BMT-nin baş katibi Qəzzada atəşkəs razılaşmasını alqışlayıb

2024/08/1722920998.jpg
Oxunub: 710     00:08     16 Yanvar 2025    
Qəzzada atəşkəs razılaşmasının elan edilməsini alqışlayıram.

Ordu.az-ın məlumatına görə, bunu BMT-nin baş katibi Antoniu Quterreş deyib.

"Vasitəçilərə - Misir, Qətər və ABŞ-a bu razılaşmanın əldə edilməsində səylərinə görə səmimi təşəkkürümü bildirirəm. Bütün tərəfləri münaqişənin həllinə çağırıram", - deyə o bildirib.

Quterreş, həmçinin BMT-nin sazişin həyata keçirilməsini asanlaşdırmağa və fələstinlilərə humanitar yardımın genişmiqyaslı artırılmasına hazır olduğunu təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Qəzza  


Bizi "telegram"da izləyin