İsrail Prezidenti: Atəşkəs haqqında sazişin bağlanması düzgün və zəruri addımdır

2025/01/1737004103.jpg
Oxunub: 787     00:22     16 Yanvar 2025    
Qəzza zolağında atəşkəs haqqında sazişin bağlanması və girovların azad edilməsi düzgün və zəruri addımdır.

Ordu.az xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq xalqa müraciəti zamanı bildirib.

O qeyd edib ki, indi münaqişə tərəfləri bu addımı atmağa və vəziyyəti düzəltməyə borcludurlar.

“Mən İsrailin Prezidenti kimi birmənalı şəkildə deyirəm: bu düzgün addımdır, bu mühüm addımdır, bu zəruri addımdır”, - Hersoq qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Atəşkəs  


Bizi "telegram"da izləyin