Orban Trampın andiçmə mərasimində iştirak etməyəcək

2024/07/1722075375.jpg
Oxunub: 579     23:02     15 Yanvar 2025    
Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasimində iştirak etməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə “TASS”a Macarıstan hökumətinin mətbuat katibi Bertalan Havaşi məlumat verib.

“Yanvarın 20-də Baş nazir Viktor Orban Macarıstanın Aİ Şurasına sədrliyinin nəticələrini qiymətləndirmək üçün Budapeştdə konfransda çıxış edəcək”, - Havaşi qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban   Tramp  


Bizi "telegram"da izləyin