Erməni iqtisadçı: “Xalq onu məhv edənlərlə üzləşdiyini başa düşməlidir”

2025/01/1736583003.jpg
Oxunub: 420     15:29     16 Yanvar 2025    
“Ermənistanın Avrasiya İqtisadi Birliyindən, Avropa İttifaqından bəhrələnməsi üçün yalnız milli təfəkkürə malik olmaq lazımdır və milli prioritetlər dəqiq formalaşdırılmalıdır”.

Ordu.az xəbər verir ki, Ermənistanın “Alternativ” tədqiqat mərkəzinin yaradıcısı, erməni iqtisadçı Tatul Manaseryan deyib.

Onun sözlərinə görə, bu hallar Ermənistan üçün yoxdur.

“Bir qrup avantürist, şübhə etmirəm ki, hökumətin dəstəyi ilə, buna çoxlu pul xərclədikləri üçün “yevrokve” adlanan tədbir keçirəcəklər. Mən şəxsən daha çox dördüncü hakimiyyətin dəstəyinə arxalanıram, hesab edirəm ki, media bu məsələdə fəal olmalı, konfransa, peşəkarların iştirakı ilə müzakirəyə dəvət etməlidir”, - deyə Manaseryan qeyd edib.

Manaseryan bildirib ki, xalq onu məhv edənlərlə üzləşdiyini başa düşməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİB  


Bizi "telegram"da izləyin