Cənubi Koreya yerli reaktiv mühərrik üçün “qollarını çırmalayıb”

2025/01/1736488625.jpg
Oxunub: 628     15:26     16 Yanvar 2025    
Cənubi Koreya hökuməti aviasiya mühərriki texnologiyasını “milli strateji texnologiya” kimi təyin etməyi, bu kritik sektorda araşdırma və inkişaf etdirməni (Ar-Ge) artırmaq üçün əhəmiyyətli vergi güzəştləri təqdim etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, təklif olunan qanun layihəsi təsdiq olunarsa, təyyarə mühərriki “Ar-Ge”si üçün vergi krediti dərəcəsi iri şirkətlər üçün mövcud 18%-dən 30%-ə yüksələcək.

Kiçik biznesin vergi krediti dərəcəsi 40%-ə yüksələcək.

Aviasiya mühərriki layihələri ilə bağlı əmək xərcləri üçün də əlavə ayırmalar təmin ediləcək.

Aviasiya mühərrikləri təyyarənin performansını təyin edən kritik komponentlərdir.

ABŞ, Böyük Britaniya, Fransa və Rusiya kimi yalnız bir neçə ölkə bu texnologiyanı müstəqil şəkildə inkişaf etdirmək imkanına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Reaktiv-mühərrik  


Bizi "telegram"da izləyin