Çip müharibələrinin pərdəarxası: Dünya müharibəsi qapının astanasındadırmı? (VİDEO)
Oxunub: 542
10:10
16 Yanvar 2025
Kripto pul və blokçeyn haqqında ən son xəbərləri oxucularına çatdıran “BTCHaber”in “YouTube” kanalı “BTChaber TV”də çip müharibələri mövzusu işıqlandırılıb.
Ordu.az xəbər verir ki, Cemil Şinasi Türün “Cemil, ola bilərmi?” adlı proqramda qlobal çip müharibələrini, texnologiya yarışını və Türkiyənin bu istiqamətdə atdığı strateji addımları müzakirə edib.
Proqramda çip müharibələri Tayvandakı çip fabriklərinin dünya iqtisadiyyatındakı kritik rolundan tutmuş Çinlə ABŞ arasında gərginliyin mümkün dünya müharibəsinə çevrilməsi ehtimalına qədər geniş perspektivdə müzakirə edilib.
Türün Türkiyənin çip istehsalındakı çatışmazlıqları və ikinci səviyyəli çip fabriki yaratmaq planlarından da danışıb.