Ordu.az xəbər verir ki, CIO İtaliya Müdafiə Nazirliyinə tabe olan “Direzione Armamenti Terrestri” (DAT) ilə yeni müqavilə imzalandığını açıqlayıb.
Müqavilə çərçivəsində 60 ədəd döyüş vasitəsi və 16 ədəd tank əleyhinə vasitə versiyası olmaqla, 76 ədəd VBM “Plus”, inteqrasiya olunmuş logistika dəstəyi və əlaqəli döyüş dəstəyi vasitələrinin tədarükü həyata keçiriləcək.
Müvafiq müqavilə İtaliya ordusuna davam edən Orta Sinif Zirehli Vasitə (Mərhələ 2) tədarükünün bir hissəsi olaraq imzalanıb.
VBM platforması üçün “Plus” versiyasına təkmilləşdirməyə əlavə olaraq, müqavilə VBM “Plus” vasitələrinin yeni 10×10 xilasetmə vasitələrinin tədarükünü və çoxillik inteqrasiya olunmuş logistika dəstək paketini də əhatə edir.
Sevinc Əliyeva
Ordu.az