Braziliya prezidenti Lula da Silva 2026-cı il seçkiləri üçün hazırlıqlara başlayacaq

2025/01/1736227606.jpg
Oxunub: 503     00:21     07 Yanvar 2025    
Braziliya prezidenti Luiz İnasio Lula da Silva, 2026-cı il prezident seçkilərində yenidən seçki kampaniyasına başlamaq üçün hazırlıqlara başlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə yerli "O Globo" qəzeti, Braziliya liderinin köməkçilərinə istinadən məlumat yayıb.

Köməkçilərinin fikrincə, prezident Lula da Silva qarşıdan gələn seçkilər üçün onun dəstəyini artıracaq məsələləri müzakirə etməyi planlaşdırır. Həmçinin, bir neçə köməkçi dövlət başçısına, əhali ilə birbaşa əlaqə saxlamaq məqsədilə ölkənin regionlarına səfərlərinin sayını artırmağı tövsiyə edib.

Qeyd edək ki, Lula da Silva son zamanlar beyin qanamasından sonra iki əməliyyat keçirib və müvəqqəti olaraq uzun uçuşlar və xaricə səfərlərdən çəkinməsi tövsiyə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   Prezident  


Bizi "telegram"da izləyin