Livan Ordusu və UNIFIL İsraillə sərhəddə atəşkəs monitorinqi keçirir

2025/01/1736227552.jpg
Oxunub: 1070     23:57     06 Yanvar 2025    
Livan ordusunun bölmələri Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlıları ilə birlikdə İsraillə sərhəddə yerləşən An-Nakura kəndinə daxil olub.

Ordu.az xəbər verir ki, Livan və UNIFIL qüvvələri şəhərin qərb girişində və Vadi Hamul ərazisindən gələn magistral yolda postlar qurublar.

Bundan əvvəl, UNIFIL-in qərargahında Livan-İsrail sərhədində atəşkəs monitorinqi komitəsinin iclası keçirilib. İclasda ABŞ Prezidentinin köməkçisinin müavini Eymos Hokstin vasitəçi olaraq iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   UNIFIL  


Bizi "telegram"da izləyin