Husilər "USS Harry Truman" aviadaşıyıcısına zərbə endiriblər

2025/01/1736226369.jpg
Oxunub: 715     23:35     06 Yanvar 2025    
Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının husiləri Qırmızı dənizdə ABŞ-nin "USS Harry Truman" aviadaşıyıcısına raket və dronlarla hücum edib.

Ordu.az Yəmənin "Al Masirah" telekanalına istinadən xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya deyib.

“Yəmənin raket və pilotsuz sistem qüvvələri birgə hərbi əməliyyat keçirərək, Qırmızı dənizin şimalında ABŞ-nin “USS Harry Truman” aviadaşıyıcısına iki qanadlı raket və dörd dronla hücum edib”, – hərəkatın sözçüsü bildirib.

Hücumun nəticələri barədə hələ ki məlumat yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husi   USS-Harry-Truman  


Bizi "telegram"da izləyin